Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.09.2017 / İslam Həmrəyliyi İli

Göyçayda “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayon Yeniarx kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov, dini icmanın sədri Ağakərim Səmədov, Yeniarx kənd tam orta məktəbinin direktoru Ayaz Babayev, məktəbin müəllim və yuxarı sinif şagirdləri, dini icma üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov İs­la­mın kö­kün­də, ma­hiy­yə­tin­də ba­rış, sülh, əmi­n-a­man­lıq məf­hu­munun dayandığını vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Azər­bay­can İs­lam mə­də­niy­yə­ti­nin ta­ri­xən in­ki­şaf et­di­yi, özü­nü təs­diq­lə­di­yi öl­kə­lər­dən­dir. Öl­kə­mizin ta­ri­xən İs­la­mın da­ya­ğı olduğunu diqqətə çatdıran natiq nə­in­ki İs­la­mın, qey­ri-İs­lam din­lə­ri­nin də in­ki­şa­fının öl­kəmiz­də diq­qət­dən qaç­madığını söyləyib.
Göyçay RİH başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Ayaz Babayev və digər natiqlər də Azər­bay­canın is­la­mi də­yər­lə­rə sa­diq­ olduğunu və bu də­yər­lə­rin nə­sil­dən-nəs­lə ötü­rül­mə­si ilə xal­qı­mı­zın mə­də­niy­yə­tinin əsas­lı şə­kil­də zən­gin­lə­şdiyini qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.