Gədəbəydə “İslam həmrəyliyində məzhəblərarası ayrı-seçkiliyin yolverilməzliyi” mövzusunda tədbir keçirilib
Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Gədəbəy şəhəri ”Cümə məscidi” dini icması tərəfindən “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi çərcivəsində “İslam həmrəyliyində məzhəblərarası ayrı-seçkiliyin yolverilməzliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov, Vüqar Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, dini icmanın sədri Rövşən Mustafayev, icma üzvləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin Zeynalov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama yüksək hörmət və ehtiram mövcuddur. Prezident cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. O vurğulayıb ki, bu gün Azərbaycanda İslam və qeyri-İslam dini icmaları öz etiqadlarını azad şəkildə icra edirlər.
Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev bildirib ki, İslamda məzhəblərarası ayrı-seçkilik yolverilməzdir. Natiq İslamın mənəvi və əxlaqi dəyərlərindən, bu dəyərlərin gənclərə aşılanmasının vacibliyindən də danışıb.
Dini icma sədri Rövşən Mustafayev dini maarifləndirmə sahəsində icma tərəfindən rayonda görülmüş işlər haqqında danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)