Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.03.2017 / İslam Həmrəyliyi İli

Füzulidə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Martın 13-də Füzuli rayon Horadiz şəhər “Əhli-beyt” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və  Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon Horadiz şəhər “Əhli-beyt” məscidinin axundu Nəriman Nəsirov və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev məruzə ilə çıxış edərək rayonda “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon Horadiz şəhər “Əhli-beyt” məscidinin axundu Nəriman Nəsirov çıxışlarında Azərbaycanın İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrildiyini vurğulayıblar.
Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova “İslam Həmrəyliyi İli”nə həsr olunmuş  xüsusi tədbirlər planı çərçivəsində dini maarifləndirmə tədbirlərinin davamlı keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.