Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2017 / İslam Həmrəyliyi İli

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu müzakirə edilib

Sentyabrın 14-də Lənkəran rayonu Qurumba kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Qurumba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arzu Həsənov, Bələdiyyə sədri Kamal Hüseynov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli ölkəmizdə milli və dini dəyərlərin qorunduğunu, İslam həmrəyliyinin, milli-mənəvi həmrəylik və etnik-mədəni müxtəlifliyin mövcud olduğunu bildirib. E.Həmidli dövlət-din münasibətlərinin zəngin milli ənənələrimizə söykəndiyini və müasir hüquqi normalarla tənzimləndiyini qeyd edib.
Kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, dini icmanın sədri Hacıhəsən Babayev və başqaları çıxışlarında tarixən ölkəmizdə həmrəylik, mənəvi-əxlaqi dəyərlər və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlanıldığını vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.