Binəqədi rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib
Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 115 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“İslam həmrəyliyi kontekstində ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Samir Yoldaşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin əməkdaşı Namiq Hüseynov, orta məktəbin direktoru Məsud Babayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 115 saylı məktəbin direktoru Məsud Babayev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Son dövlər bu istiqamətdə görülən tədbirlər haqqında qısaca məlumat verib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının regional və beynəlxalq müstəvidə sabitliyin qorunmasındakı əhəmiyyətindən danışıb. P.Əlizadə ölkə Prezidenti İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğıdan söhbət açaraq gənclərin etnik və dini sabitliyin qorunmasında mühüm rol oynadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin əməkdaşı Namiq Hüseynovun dini radikalizm və ekstremizmə qarşı mübarizə metodları ilə bağlı məruzəsi dinlənilib. N.Hüseynov öz növbəsində gənclərə radikal dini cərəyanların təsirinə düşməmək üçün müvafiq tövsiyələrini verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.


.jpg)