Bərdədə “İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib
Martın 29-da Bərdə rayon Dövlət İdarəetmə və Texnologiya kollecində “İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov dini icmaların nümayəndələri, kollecin müəllim və tələbə heyəti iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Xosrov Musayev Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya sülh mesajı olduğunu vurğulayıb. Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov ölkəmizin tolerantlıq və multikultural dəyələrinin dünyaya nümunə olduğu kimi “İslam həmrəyliyi” çağırışının da dünyaya örnək olacağını bildirib.
Tədbirdə həmçinin, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və digərləri çıxış ediblər.
Çıxış edən natiqlər tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi və gənclərə - gələcək nəslə ötürülməsinin vacibliyindən bəhs ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşəbbüsü, Bərdə RİH və Bərdə rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
(25).jpg)
(38).jpg)
(68).jpg)
(99).jpg)
(131).jpg)
(137).jpg)