Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2017 / İslam Həmrəyliyi İli

Azərbaycan İslam həmrəyliyinin qarantıdır

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Binəqədi rayonunda “Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Gənclər Fondunun məsul əməkdaşı Emil Yusifov, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, direktor Mətləb Hüseynov, müəllim və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açanSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov çıxış edərək, İslam həmrəyliyinin iqtisadi, mədəni, siyasi və digər sahələri əhatə edən geniş məna daşıdığını, günümüzdə İslam dünyasının tək dini müstəvidə deyil, bütün sahələrdə həmrəyliyinə ehtiyac duyulduğunu vurğulayıb.
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov mövzunun aktuallığından bəhs edərək, ölkə rəhbərliyi tərəfindən gəncləri maraqlandıran məsələlərə verilən dəstəyə görə minnətdarlığını bildirib.
Daha sonra Gənclər Fondunun məsul əməkdaşı Emil Yusifovun, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyevin ölkəmizin İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməsindən bəhs edən məruzələri dinlənilib.
Tədbir iştirakçılarına DQİDK-nin sifarişi ilə hazırlanan “Şəhadət” filmi nümayiş etdirilib.