Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2017 / İslam Həmrəyliyi İli

“Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda tədbir təşkil olunub

Noyabrın 6-da Təhsil Nazirliyi  və  Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil  müəssisələrində uşaq  və gənclərin  mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması  tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Nəsimi rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Faiq Ələkbərov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.                                                                     
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq həmrəyliyin həm dini, həm də milli-mənəvi dəyər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.                                                                              
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Film nümayiş etdirildikdən sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. C.Əliyev gənclər arasında milli-mənəvi və əxlaqi dəyərlərimizin, eləcə də vətənpərvərliyin təbliğinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.