Astarada “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 2-də Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı, Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin şagirdlərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. T.Həsənzadə, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin təbliğ olunmasıdır.
Astara rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı çıxışında gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında və onların vətənpərvər ruhda yetişməsində təhsilin və maarifləndirmənin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Qeyd edk ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
.jpg)