Astarada “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə İslam həmrəyliyinin mühüm bir təşəbbüs kimi təkcə müsəlman dünyasında deyil, ümumilikdə, bütün dünyada ictimai-siyasi təhlükəsizliyə qiymətli töhfə olduğunu bildirib.
Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Azər Kişiyev İslam dininin sülh və barış dini olduğunu, məzhəblər arasında ayrı-seçkiliyin yolverilməz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Lovayın kənd məscidinin imamı Nurəddin Mərufov çıxışlarında tolerant, multikultural və həmrəylik dəyərlərindən, dini radikalizm və onun fəsadlarından bəhs edərək, bu kimi tədbirlərin gənclərin maariflənməsində müstəsna əhəmiyyəti olduğunu bildiriblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.