Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2017 / İslam Həmrəyliyi İli

Ağstafada “İslam həmrəyliyi sülh və birliyə doğru çağrışdır” mövzusunda tədbir keçirilib

Sentyabrın 20-də Ağstafa rayon Dağ Kəsəmən kənd tam orta məktəbində “İslam həmrəyliyi sülh və birliyə doğru çağrışdır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuzbölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirib. Onun sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov vurğulayıb ki, ölkə rəhbərliyi dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin bərpasına xüsusi önəm verir. Natiq həmçinin, dövlət başçısının dindarlara və dini sahəyə diqqətindən də danışıb.
Daha sonra rayon ağsaqallar şurasının sədri Firdovsi Heydərli və İmam Əli adına Ağstafa cümə məscidinin axundu Cəmallədin Ələkbərov  mövzu ətrafında çıxış ediblər.