Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.02.2017 / İslam Həmrəyliyi İli

Ağdamda Multikulturalizm ilinin yekunları və "İslam Həmrəyliyi İli" ilə bağlı tədbir keçirilib

Fevralın 3-də Ağdam Rayon İcra Hakimiyyəti Aparatında 2016-cı ildə Ağdam rayonunda multikulturalizm, dövlət və din siyasətinin icrası, inkişafının yekunları və "İslam Həmrəyliyi İli" ilə əlaqədar qarşıda duran vəzifələr haqqında dəyirmi masa keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının I müavini, dini komissiyanın sədri Zülfü Qasımov, İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov və şöbənin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərviz Eyvazov, Vüqar Kərimov və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Ağdam rayon Xındırıstan kənd məscidinin sədri və axundu Barat Bağırov iştirak ediblər.
Dəyirmi masa iştirakçıları 2016-cı ildə Ağdam rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsini və ümumi dini durumun sabit olduğunu xüsusi vurğulayıblar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi İli” elan etməsi ilə əlaqədar qarşıda duran vəzifələr barədə öz fikirlərini bildiriblər.