Yardımlıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib
Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yardımlı rayonu S.N.Abiyev adına Köryədi kənd tam orta məktəbində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə Təhsil Sektorunun müdiri Kamal Təhməzov, dini icma sədrləri, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin gənc nəslin yetişdirilməsində milli-mənəvi dəyərlərin roluna böyük önəm verdiyi qeyd edilib. Eyni zamanda Ümummilli Liderimizin dövlət quruculuğunda əvəzsiz xidmətlərindən bəhs olunub.


