Ucarda "Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilib
İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda natiqlər Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən danışıblar. Qeyd ediblər ki, Ümummilli Liderin şah əsəri olan müstəqil, müasir Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edir. Dövət başçısı Ulu Öndərin siyasətini davam etdirməklə Azərbaycanı dünyada lider ölkələrdən birinə çevirib. O da bildirilib ki, müstəqil respublikamız Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanətidir.

