Ucarda "Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib
İyun ayının 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayonu Gənclər və İdman İdarəsi, həmçinin Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə "Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, muzeyin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndərin xalq və dövlət qarşısında mühüm tarixi xidmətlərindən, Azərbaycan ərazisindəki mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri fəaliyyətindən danışılıb. Müdrik dövlət başçısının milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin gənclərə aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsindəki müstəsna rolu qeyd edilib.

