Ucarda “Heydər Əliyev: xalqımızın böyük xilaskarı” mövzusunda tədbir keçirilib
Dekabrın 15-də Ucar şəhər 1 saylı liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev: xalqımızın böyük xilaskarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov, müəllimlər və şagirdlər iştirak ediblər .
Çıxışlarda Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsinin dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edilib. Dahi şəxsiyyətin müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyi bildirilib.
Tədbir müzakirələrlə davam edib.
