Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.12.2022 / Heydər Əliyev İli

Ucarda "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və mili-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, gənclər və ictimiayyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirib. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ulu Öndər bu sahədə inqilabi addımların atılmasına zəmin yaradıb. Qeyd olunub ki, Ümummilli Liderimiz milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.

Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığı haqqında film nümayiş olunub.