Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2023 / Heydər Əliyev İli

Şamaxı və Qobustanın din xadimlərinin iştirakı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Aprelin 25-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı və Qobustan rayonlarının icra hakimiyyətləri (RİH), eləcə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı və Qobustan RİH başçısı Aparatlarının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Rəşad Əliyev, Aftandil Şikarov, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri, dini icma sədrləri və üzvləri iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın-azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət verib. Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durduğu da diqqətə çatdırılıb.