Saatlıda "Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, Saatlı rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal şəxsiyyətdir. O da qeyd olunub ki, Ulu Öndər azərbaycanlıların milli-mənəvi dəyərlər sisteminin ideoloji əsaslarının formalaşmasına əvəzsiz töhfələr verib.
