Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2023 / Heydər Əliyev İli

Qubada “Ulu Öndər Heydər Əliyev irsi mili sərvətimizdir” mövzusunda seminar keçirilib

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, din xadimləri, dini icma sədrləri iştirak edib.

Seminarda müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi missiyanı üzərinə  götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi geniş fəaliyyətdən bəhs edilərək qeyd edilib ki, müasir Azərbaycanın memarı Ulu Öndərin dövlət-din münasibətlərinin təşəkkülündə və inkişafındakı əvəzsiz xidmətləri danılmazdır.