Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2023 / Heydər Əliyev İli

Mil-Muğan regionunun din xadimləri Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Sabirabad, Saatlı və İmişli  rayonlarında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  tədbirlər keçirilib.

Tədbirlərdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. 

Çıxışlar zamanı Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib, xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasındakı xidmətlərinə diqqət çəkilib. Natiqlər, ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.