Lerikdə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Mayın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Lerik şəhəri 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Ağaəli Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramin Ağayev və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilib, zəngin irsi və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə diqqət çəkilib.

