Lənkəranda Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Mayın 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdir müavini Anar Kərimov, şöbənin əməkdaşları Səyyad Babakişiyev, Emin Həmidli, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib. Xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasındakı xidmətlərinə diqqət çəkilib. Natiqlər, ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

