Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2023 / Heydər Əliyev İli

Kürdəmirdə "Heydər Əliyev siyasəti ilə yaradılan Azərbaycan ordusu" mövzusunda dəyirmi masa keçirilib

İyunun 20-də Kürdəmir şəhər Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar "Heydər Əliyev siyasəti ilə yaradılan Azərbaycan ordusu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, mədəniyyət işçiləri, din xadimləri  və gənclər iştirak ediblər .

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir.