Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.08.2023 / Heydər Əliyev İli

Kürdəmirdə "Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Avqustun 2-də Kürdəmir rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsi və dini dəyərlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in əməkdaşı Daşqın Rüstəmov, eləcə də aidiyyatı qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib. Dahi şəxsiyyətin xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasındakı xidmətlərinə diqqət çəkilib. Natiqlər ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığı barədə sənədli film nümayiş olunub.