Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2023 / Heydər Əliyev İli

İmişlidə "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Gənclər və İdman İdarəsi, eləcə də İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı  ilə "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşı  Bəhrəm Ədalətoğlu, Gənclər və İdman İdarəsinin nümayəndəsi Abdulla Əlizadə,  Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, İmişli rayon Canəli Nəsirov adına Çahar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs olunub. Bildirilib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb, milli ruhun dirçəlməsinə səbəb olub. O da vurğulanıb ki, dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında bu ideologiya son dərəcə mühüm rol oynayıb.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.