Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.09.2023 / Heydər Əliyev İli

"Heydər Əliyevin milli-mənəvi dəyərlərin formalaşmasında rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğu və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Heydər Əliyevin  milli-mənəvi dəyərlərin formalaşmasında  rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, həkimlər və gənclər iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən, multikultural dəyərlərdən danışaraq vurğulayıblar ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha göstərdi.

Eyni zamanda vurğulanıb ki, Ümummilli Liderimizin siyasi varisi kimi   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə Ulu Öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.