"Heydər Əliyev və multikultural dəyərlər" mövzusu Ucarda müzakirə edilib
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Ucar rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və multikultural dəyərlər" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov, gənclər və kitabxana işçiləri iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın multikulturalizm modelinin siyasi banisi, onun Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verməsi, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rolu qeyd edilib.