Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2023 / Heydər Əliyev İli

Goranboyda “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Qaqfqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Anar Orucov, eləcə də din xadimləri və icma sədrləri iştirak ediblər. 

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verilib. Həmçinin Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs olunub. O da qeyd olunub ki, Heydər Əliyev ömrünü bütövlükdə respublikamızın çiçəklənməsinə həsr edib.

Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən ”Müstəqilliyimiz tarixi nemətimizdir” sənədli filmi nümayiş olunub.