Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2023 / Heydər Əliyev İli

Goranboyda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də din xadimləri, dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə xalqımızın milli mədəniyyətinin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə böyük diqqət göstərib. O da vurğulanıb ki, Ulu Öndər milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” sənədli filmi nümayiş olunub.