Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri vəzifəsi üzrə daxili müsahibə elan edilir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiya üzrə daxili müsahibə elan edir:
Quba-Xaçmaz regional bölməsinin müdiri
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər şərtlərlə Dövlət İmtahan Mərkəzinin saytı www.exidmet.dim.gov.az vasitəsilə tanış ola bilərlər.
Namizəd 21 oktyabr 2025-ci il tarixindən 4 noyabr 2025-ci il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.