Dövlət komitəsi tərəfindən 5 vəzifə üzrə daxili müsahibə elan edilir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıda göstərilən vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:
Dini məsələlər üzrə şöbə - sektor müdiri
Şəki-Zaqatala regional bölməsi - baş məsləhətçi
Mərkəzi Aran regional bölməsi - baş məsləhətçi
Lənkəran-Astara regional bölməsi - baş məsləhətçi
Şirvan-Salyan regional bölməsi - baş məsləhətçi
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər şərtlərlə Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə tanış ola bilərlər.
Namizəd 12 oktyabr 2026-cı il tarixindən 26 oktyabr 2026-cı il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=609