Cəbrayıl rayonunun vandalizmə məruz qalmış abidələri
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Sahəsi 1050 kvadratkilometrdir. Tərkibinə 1 şəhər, 4 qəsəbə və 92 kənd daxildir.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.
Ermənistan silahlı qüvvələri 23 avqust 1993-cü ildə rayonu işğal etdikdən sonra buradakı yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələr də məhv olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 3 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad edilmişdir. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulmuşdur.
Tarixi-dini abidələri
Məscid (XVI əsr) – Çələbilər kəndi
Məscid (XIX əsr) – Papı kəndi
Məscid – Daşkəsən kəndi
Məscid (XIX əsr) – Məzrə kəndi
Məscid (XIX əsr) – Süleymanlı kəndi
Ziyarətgahları
Türbə (Sərdabə) (XIII-XIV əsrlər) – Dağtumas kəndi
Səkkizguşəli türbə (XVII əsr) – Xubyarlı kəndi
Dairəvi türbə (XVII əsr) – Xubyarlı kəndi
Daş məqbərə (1307-1308-ci illər) – Şıxlar kəndi
Qəbiristan (orta əsrlər) – Cəbrayıl şəhəri
Qəbiristan (XVII-XVIII əsrlər) – Karxulu kəndi
Qəbiristan (orta əsrlər) – Sirik kəndi
Qəbiristan (orta əsrlər) – Diridağ dağında
Qəbiristan (orta əsrlər) – Şıxlar kəndi
Şıxbaba (Dairəvi) türbəsi (XIV) əsr – Şıxlar kəndi
Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi
Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi
Xırda pir – Balyand kəndi
İspiri ocağı – Balyand kəndi
Zingir ocağı – Cəfərabad kəndi
Hacı Qaraman ocağı – Dağtumas kəndi
Çaxmaq piri – Tinli kəndi
Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi
Qarı ocağı – Horovlu kəndi
Pir Əhməd – Yarəhmədli kəndi
Lalə ocağı – Böyük Mərcanlı kəndi
Seyid ocağı – Əfəndilər kəndi
Çələbi ocağı – Horovlu kəndi
Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi
Qara daş ziyarətgahı
Miri evi ziyarətgahı – Quycaq kəndi
Düldül ziyarətgahı – Balyand kəndi
Əfəndilər piri – Əfəndilər kəndi
Qərib Seyid ziyarətgahı – Tatar kəndi
Tumas ata ziyarətgahı – Dağtumas kəndi
Cəbrayıl ata ziyarətgahı
Xubyarlı piri – Xubyarlı kəndi
Qərər piri – Qərər kəndi
Sarı ocaq – Hovorlu kəndi
Qurbantəpə ziyarətgahı
İncirli piri ziyarətgahı – Şahvəlli kəndi
Qasım Baba piri – Minbaşlı kəndi
Düldül ziyarətgahı – Gödəklər kəndi
Yel ziyarətgahı – Çaxırlı kəndi
Yel ziyarətgahı – Əmirvarlı kəndi
Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi
Qara Molla ziyarətgahı – Daşkəsən kəndi
Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi
Dağdağan ocağı – Qumlaq kəndi
Çomaq ata ziyarətgahı – Dağtumas kəndi
Düldül ziyarətgahı – Hacılı kəndi
Tarixi memarlıq abidələri
Ağoğlan nekropolu (ilk orta əsrlər) – Cəbrayıl şəhəri
Məscidtəpə kurqanı (Tunc dövrü) – Qalacıq kəndi
Qız qalası (XII əsr) – Xələfli qəsəbəsi (Diridağ ərazisi)
Qala bürcü (V-VI əsrlər) – Sirik kəndi
Canqulu kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi
Quştəpə kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi
Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü) – Karxulu kəndi
Naftalı kurqanları (Son Tunc və İlk Dəmir dövrü) – Naftalı kəndi
İmanqazantəpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi
Qışlaq kurqanları və yaşayış yeri (Son Tunc və İlk Dəmir dövrü) – Qışlaq kəndi
Hovuslu kurqanları (Son Tunc və İlk Dəmir dövrü) – Hovuslu kəndi
Cinlitəpə yaşayış yeri – Horovlu kəndi
“Divlər sarayı” – Dağtumas kəndi
Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi
“Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (b.e.ə. II minillik) – Şıxlar kəndi
On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi
On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi
Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi
Başıkəsik günbəz (XIII-XIV əsrlər) – Xələfli qəsəbəsi
Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxlar kəndi
Xanəgah – Xubyarlı kəndi
Xanəgah – Şıxlar kəndi

