Yasamal rayonu "Xanım Fatimeyi-Zəhra" məscidi
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 90
İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir. Məscid 2010-cu ildə təmir edilmişdir. Sahəsi 280 kvadratmetrdir. İçərisində eyni anda 350 nəfər ibadət edə bilər. Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir.
İbadət evinin bir minarəsi və bir günbəzi var. Məscidin daxilində, günbəzin altında dairəvi formada "Ayətəl-kürsü" yazılmışdır.