Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2015 / Məscid

Xırdalan "Cümə" məscidi

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

Məscid 1842-ci ildə Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının maddi yardımı ilə tikilmişdir. Onun kişilər üçün ibadət otağı 180, qadınlar üçün ikinci mərtəbədə yerləşən ibadət otağı isə 48 kvadratmetrdir. Dörd metr diametrində olan günbəz daxildən 4 tağlı sütunlar üzərində dayanmışdır. Günbəzin 4 vitraj pəncərəsi var. Minarənin hündürlüyü 32 metrdir. Daxildən tavanın günbəz hissəsində dairəvi şəkildə dörd dəfə “Kəlmeyi-şəhadət” yazılmışdır. Məscid binası düzbucaqlı formadadır.

Xırdalan "Cümə" məscidi Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilmiş, 1937-ci  ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məsciddə təmir-bərpa işləri aparılmış və yeni minarə ucaldılmışdır. Hazırda məsciddə rahat ibadət üçün bütün şərait mövcuddur.