Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Xəzər rayonu “Zirə Cümə” məscidi

Ünvan: Xəzər rayonu, Zirə qəsəbəsi Ordubadi küçəsi
Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə inşa olunub. 2016-cı ildə məscid kompleks Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib. 22 İyun 2016-cı il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Zirə Cümə məscidi kompleksi istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələndi. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz qapılarını insanların üzünə açdı. Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin əhəmiyyətini daha da artırır.