Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Xəzər rayonu Şüvəlan qəsəbəsi “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi

  Ünvan: Xəzər rayonu Şüvəlan qəsəbəsi

"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi Bakı şəhərinin Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidədir. Kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi yerləşir. Mir Mövsüm Ağanın məzarı üstündə 1992-ci ildə əvvəlcə kiçik məqbərə inşa edilmiş, daha sonra onun yerində möhtəşəm və əzəmətli abidə ucaldılmışdır. Kompleks qəbiristan ərazisində yerləşdiyi üçün burada, demək olar ki, texnikadan istifadə edilməmiş, bütün işlər əl əməyi ilə görülmüşdür. Ümummilli Lider Heydər Əliyev dəfələrlə ziyarətgahda olmuş, yerli əhali və dindarlarla görüşmüşdür.