Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2015 / Məscid

Sumqayıt "Cümə" məscidi

Ünvan: Sumqayıt şəhəri, 6-cı mikrorayon, H.Salayev küçəsi

Sumqayıt "Cümə" məscidinin inşasına 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına başlanmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində məsciddə dəfələrlə yenidənqurma və təmir işləri aparılmışdır. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev burada olmuş, onun tapşırığına əsasən məscid əsaslı təmir edilmişdir. Burada 34 metr hündürlüyündə minarə inşa olunmuş, 480 kvadratmetr sahəyə təzə xalça döşənmiş, mehrab yenidən düzəldilmiş, günbəzin iç üzü əlyazmalarla bəzədilmiş, 624 kvadratmetr döşəmə yenidən qurulmuşdur. Məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər.

Əsaslı təmir və yenidənqurmadan sonra 3 may 2013-cü ildə Prezident İlham Əliyev Sumqayıt "Cümə" məscidini ziyarət etmiş, dindarlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.