Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küç. 1d.
İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Məscid 1997-ci ildə əhali tərəfindən tikilib. Qoşa minarəsinin hündürlüyü 32 metrdir. Mehrabın qarşısında Qurani-Kərimdən ayələr yazılmışdır. İbadət zalı təxminən 400 kvadratmetr olan məsciddə eyni vaxtda 500 nəfərin namaz qılması üçün bütün zəruri şərait yaradılmışdır.
Heydər Əliyev Fondu tərəfindən İmam Rza məscidi yenidən qurularaq 2013-cü il iyunun 6-da istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak etmişdir.