Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Qusar rayonu Əniq kənd məscidi

Ünvan: Qusar rayonu Əniq kəndi
Monumentallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edən Əniq məscidi kəndin mərkəzində, onun nisbətən qədim hissəsində, hündür təpədə, 300 yaşlı köhnə məscid binasının yerində inşa olunub. Onun günbəzi xaricdən naxışlı metalla örtülüb, içəridən isə bəzəkli taxtalarla işlənib. Məscid sadə memarlıq üslubuna malik geniş ibadət zalından ibarət olub, divarları rəngkarlıq süjetləri və naxışlı kompozisiyalarla, mehrabı isə stalaktitlərlə bəzədilib. Mehrabın üstündəki divara ərəb hərfləri ilə həkk olunmuş yazıda məscidin Şeyx Abumüslümün vəsaiti ilə, 1911-1921-ci illərdə inşa edildiyi göstərilir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın perimetri boyu yerləşdirilmiş ikiqat pəncərələr və yarılmış çay daşlarından hörülmüş divarlar buraya xüsusi yaraşıq verir. Məscidin günbəzlə əhatə olunmayan küncləri kiçik dekorativ qəsrciklərlə bəzədilib. Bu qəsrciklər kompozisiyanı tamamlayır və tikilinin bədii memarlıq səviyyəsini yüksəldir.