Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Quba şəhəri “Səkinəxanım” məscidi

Ünvan: Quba şəhəri, Heydər Əliyev pr. 144
1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanımın istəyi və vəsaiti ilə tikilmişdir. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi, iki qapısı var. Hündürlüyü 27 metrdir. Ümumi sahəsi 130 m2-dir. 1930-cu illərdə məscid Sovet hakimiyyəti tərəfindən bağlanmış, ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır. Məsciddən əvvəllər anbar kimi istifadə olunmuş, daha sonra burada tikiş sexi açılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilmiş, ətrafına hasar çəkilmiş, su, kanalizasiya, işıq, qaz xətləri, 1990-1993-cü illərdə dəstəmazxana və başqa köməkçi binalar tikilmiş, məscid əsaslı bərpa və təmir edilmişdir.