Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Quba şəhəri “Hacı Cəfər” məscidi

Ünvan: Quba şəhəri Ərdəbil küç. 60
Köhnə adı Məşədi Baba olan məscid mənbələrdə verilən məlumata görə XIX əsrin əvvəllərində tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuş, 4 otaqdan ibarətdir. Ümumi sahəsi 320 m2-dir. Məscid dördbucaqlı olmaqla, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üz-üzə yerləşir. Əsas zalın ortasında tavan örtüyünü saxlamaq üçün iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscid 1983–cü ildə ayinlər şurası tərəfindən bərpa olunmuş dini ocaq kimi istifadə olunur. Keçmiş sovet dönəmində ölkədə məscid kimi fəaliyyət göstərən 18 ibadət evindən biri olmuşdur.