Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2026 / Məscid

Quba şəhəri “Cümə” məscidi

Ünvan: Quba şəhəri Qələbə küç. 1
1802-ci ildə Qazi Nəsrulla əfəndinin və oğlu Hacı İsmayılın təşəbbüsü və maddi yardımı ilə tikilmişdir. Məscidi məşhur memar Ömər Əbu Bəkr oğlu Naxçivani tikmişdir. 1933-cu ildə məsciddə iki mədrəsə, minarə və digər tikililər dağıdılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su, kanalizasiya xətləri bərpa edilmiş, dəstəmazxana və digər köməkçi binalar və 41 m hündürlüyündə minarə ucaldılmışdır. Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Quba şəhəri “Cümə” məscidi 2022-ci ilin avqust ayından 2023-cü ilin mart ayının sonlarınadək əsaslı şəkildə təmir olunmuş, məscidin dam örtüyü dəyişdirlimişdir. Məscidin həyətində iki mərtəbəli köməkçi binaları, ayrıca imam otağı və mədrəsəsi vardır.