Quba rayonu Rustov kəndi “Cümə” məscidi
Ünvan: Quba rayonu Rustov kəndi
Quba rayonu Rustov kənd məscidi Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmişdir. Sovet hakimiyyəti illərində məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunmuşdur. Bu möhtəşəm dini və tarixi abidə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilmişdir. Məscid 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenidən bərpa edilmiş, ətrafında köməkçi binalar tikilmişdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.