Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.04.2020 / Məscid

Qəbələ şəhər məscidi

Ünvan: Qəbələ rayonu

Qəbələ şəhərindəki yeni məscid Heydər Əliyev Fondunun sifarişi ilə tikilmişdir. İnşaat işlərinə 2010-cu ilin mayında başlanılmış və 2013-cü ilin əvvəlində başa çatdırılmışdır. 2013-cü il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılışında iştirak etmişdir.

Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. Məsciddə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edə bilər.

Məscidin divar və sütunlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, dini rəmzlərlə bəzədilmişdir.

İbadət evində axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər vardır. Məscidin həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmış və iki fontan inşa edilmişdir.