Mehdiabad məscidi
Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi
Mehdiabad məscidi 2000-ci ildə Türkiyə Diyanət Vəqfinin vəsaiti hesabına tikilmişdir. Ənənəvi Osmanlı memarlıq üslubunda inşa olunmuş məscidin 35 metr hündürlüyündə iynəuclu minarəsi var. İkimərtəbəlidir, ibadət salonunun sahəsi 283 kvadratmetrdir. Məscidin minbər kürsüsü xüsusi olaraq əllə işlənmişdir və bu minbərdən cəmi üç yerdə var. Onlardan biri Mehdiabad məscidində, digər ikisi isə Türkiyədədir.