"Hacı Səfəralı" məscidi
Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsi
Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən kiçik təkyə kimi tikilmişdir. Lakin 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük məscid inşa etdirmişdir. 1930-cu illərdə fəaliyyəti dayandırılmışdır. Hayətyanı sahəsi 2600, daxili sahəsi 320 kvadratmetrdir. Qadınlar üçün ayrılan ibadət yeri ikinci mərtəbədədir.
Sovet illərində bu məsciddən də kolxozun taxıl anbarı kimi istifadə olunmuşdur. Nəhayət, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən məscid kimi fəaliyyətini davam etdirmişdir.
İbadət evi Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə ucaldılmışıdır. Ərazisinin abadlaşdırıldığı, bütün zəruri texniki məsələlər yüksək səviyyədə həll olunduğu yenidənqurma işləri 2007-ci ildə başa çatdırılmışdır.