Ceyranbatan məscidi
Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi
Əhali arasında “Ceyhun xanım və Hacı Əhməd” məscidi kimi tanınan Ceyranbatan məscidi eyni adlı qəsəbədə yerləşir. Məscid Türkiyə Diyanət Vəqfinin və türk iş adamlarının maddi köməyi ilə 1997-1998-ci illərdə inşa edilmişdir. Məscid binasının ümumi daxili sahəsi 225 kvadratmetrdir. Hündürlüyü 30 metrə çatan minarəsi bişmiş kərpicdən tikilmişdir.