Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.04.2026 / Məscid

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Fatimeyi-Zəhra” məscidi

Doğma Azərbaycanımızın dünyaya açılan qapısında, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Fatimeyi-Zəhra məscidinin əsası 1996-cı ildə yerli dindarlar tərəfindən qoyulmuşdur. 1997-ci ildən rəsmi fəaliyyət göstərən məscidin 30 metr hündürlüyündə minarəsi var. İbadət zalı təxminən 200 kvadratmetrdir. Eyni vaxtda 150 nəfər kişi və 100 nəfər qadın olmaqla ümumilikdə 250 nəfərin ibadət etməsi üçün bütün zəruri şərait mövcuddur.

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 56.