Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.02.2026 / Məscid

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi “Bünyatlılar” məscidi

Məscid 1904-cü ildə Mirzə Məlik və atası Abbas tərəfindən tikilib. Məscidin iç sahəsi 10x12 metrdir. Yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı var. Məscidin günbəzi bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub. Yerdən tavanadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü 13 metrdir. Mehrabın hündürlüyü 3,5 metrdir. Məscidin iki hücrəsi var. Onların hər birinin sahəsi 5x3 metrdir.

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.